"Zərif Toxunuş"un ilk uğurlu addımı - FOTOLAR


Martın 3-də paytaxtımızda 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Zərif Toxunuş" adlı satış - sərgi keçirilib. Yeniavaz.com xəbər verir ki, tədbirin keçirilməsində başlıca məqsəd unudulmuş qədim sənənt nümunələrinin yenidən canlandırılması və qadın sahibkarlığına dəstək olmuşdur.
"Zərif Toxunuş"un təşkilatçılarından olan Sonaxanım Əzizova sərginin əsas məqsədinin qadınların əl işlərinin daha geniş kütləyə çatdırmaq və alıcı qazanmaq olduğunu bildirib. "Sanama Collection" adlı brendini ərsəyə gətirən S.Əzizova deyib ki: "Mən həm  xəttatlıq həm də tikmə sənəti ilə məşğul oluram. Tikmə sənətinin bir neçə üsulu var. Mən "sanama" üsulu ilə tikdiyim üçün brendimin adını "sanama" adlandırmışam. İstəyirəm ki, bu brend gələcəkdə Azərbaycanın tanınmış markalarından biri olsun. Bu cür sərgiləri biz tez-tez təşkil etmək fikrindəyik. Ümidvaram ki, bu cür satış-sərgilərin təşkili qadınlarımız üçün həm də bir maddi dəstək olacaq".
Qeyd edək ki, sərgidə 40-a yaxın qadının əl işləri nümayiş etdirilib.








 

DİGƏR XƏBƏRLƏR

Top