"Twitter"də yenilik


Ən çox istifadə edilən sosial şəbəkələrdən olan "Twitter"də yeni funksiya istifadəyə veriləcək.

Şəbəkə "tweeti gizlə" xüsusiyyəti üzərində çalışır. TechCrunc –ın məlumatına görə, sosial şəbəkənin sözçüsü sözügedən xüsusiyyət haqqında danışarkən bildirib ki, "gizli tweetləri göstər" xüsusiyyəti üzərində də aktiv olaraq müəyyən işlər görülür.

Yeni gizləmə xüsusiyyəti istifadəçilərin profillərini səssizə alma və şikayət etmə xüsusiyyəti ilə yanaşı istifadəçilər tweetlərinə gələn şərhləri də gizlədə biləcək.

Funksiyanın nə zaman təhvil veriləcəyi barədə məlumat verilmir.(sputnik)

DİGƏR XƏBƏRLƏR

Top