Türkmənistanda banan yetişdirməyə başladılar

 
Türkmənistanın cənubundakı “Fərxar” Fərdi Təsərrüfat Cəmiyyəti ölkədə ilk banan məhsulunun yığımına başlayıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının saytında məlumat verilir.
 
Məlumata əsasən, yerli “Fərxar” təsərrüfatı 2018-ci ildə bananlar üçün 1 hektar sahədə istixana tikib. Ekzotik bitkinin tingləri Türkiyədən gətirilib. İstixana dərhal görməli yerlərdən birinə çevrilib, çünki daha əvvəl Türkmənistanda heç kəs banan yetişdirməklə məşğul olmayıb. Sahibkar ilk məhsuldan 30-40 ton banan toplamaq niyyətindədir. 

DİGƏR XƏBƏRLƏR

Top