Rusiyada avtobus aşdı: 8 məktəbli xəstəxanalıq oldu


Rusiyanın Tula vilayətində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 10 nəfər xəsarət alıb.

Yeniavaz.com "Sputnik"ə istinadla məlumatına görə, xəsarət alanlardan səkkizi uşaq, ikisi isə böyükdür. Avtobus yolsuzluq avtomobili ilə toqquşduqdan sonra dərəyə aşıb.

Yaralananlar yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. Uşaqların 13-15 yaşları olduğu bildirilir. Bütün uşaqlar təhlükəsizlik kəməri taxdıqlarından, ağır zədə alan olmayıb.

İlkin məlumata görə, məktəblilər xizəksürmə yarışından qayıdırlarmış.

DİGƏR XƏBƏRLƏR

Top