Əlcəzairdə Prezident əleyhinə nümayişlər: yüzlərlə xəsarət alan var

 
Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın sayca beşinci müddətə dövlət başçısı vəzifəsinə namizədliyinin sürülməsinin əleyhinə keçirilən nümayişlərdə 180-dən çox adam tibbi yardım üçün müraciət edib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Səhiyyə Nazirliyi məlumat verib.
 
Məlumata əsasən, ölkənin müxtəlif vilayətlərindən keçirilmiş nümayişlərdə 183 nəfər xəsarət alıb: “Beş nəfər istisna olmaqla bütün xəsarət alanlar xəstəxanadan buraxılıb. Beş nəfər tibb işçilərinin nəzarətində qalacaq. Onlardan birinin vəziyyəti ağırdır”. Daha əvvəl verilmiş məlumata görə, nümayiş zamanı 56 yaşlı kişi ürəktutmasından ölüb.

DİGƏR XƏBƏRLƏR

Top