Hulusi Akardan hərbi əməliyyat anonsu: hazırlıqlarımızı yekunlaşdırdıq

 
Suriyanın Münbiç və Fərat çayının şərq sahilindəki ərazilərdə terrorçulara qarşı əməliyyat keçirmək hazırlıqlar başa çatıb. Yeniavaz.com “Milliyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, Türkiyə Prezidentinin göstərişi ilə yeri və vaxtı gələndə nə lazımdırsa ediləcək: “Heç kəsin şübhəsi olmasın. Ölkəmizin təhlükəsizliyini heç bir halda təhlükə altında qoymayacağıq”. 

DİGƏR XƏBƏRLƏR

Top