Ucarda 3 nəfərin intihara cəhdinin qarşısı alınıb - YENİLƏNİB


Ucar rayonunda 3 nəfərin intihara cəhdinin qarşısı alınıb.

Martın 2-də günorta saatlarında rayon sakinləri Saqi və Elşən Həsənov qardaşları və daha bir nəfər Ucarın mərkəzindəki çoxmərtəbəli binalardan birinin üzərinə çıxaraq oradan özlərini atmağa cəhd göstəriblər.

Hadisə yerinə rayon icra hakimiyyətinin nümayəndələri, FHN-in xilasediciləri, təcili yardım briqadası və polis əməkdaşları gəliblər. İntihara cəhd etmək istəyən şəxslərlə söhbətdən sonra onları fikrindən daşındırmaq mümkün olub və binanın üzərindən aşağı eniblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

*** 14:11

Ucarda intihara cəhd edilib.  

Hadisə günorta saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

Hələlik kimlikləri məlum olmayan 3 nəfər rayon sakini hündür binanın üstünə çıxaraq özlərinə qəsd etmək istəyiblər. 

Əraziyə dərhal hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunublar. Hazırda hər 3 şəxsi binanın üstündən endirmək üçün danışıq aparılır.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top