Hər il dünyada nə qədər avtomobil satılır? - RƏQƏMLƏR


Açıqlanan ilkin statistik göstəricilərə görə ötən il dünyada 78,7 milyon ədəd avtomobil satılıb.
Yeniavaz.com avtomobil istehsalçılarının açıqladığı məlumatlara istinadən  bildirir ki, 2017-ci illə müqayisədə avtomobil satışlarında azalma müşahidə olunub. Belə ki, 2017-ci ildə dünyada bügünə qədər qeydə alınan ən yüksək satış qeydə alınıb. Həmin il dünyada 79 milyon ədəd avtomobil satılıb. Avtomobil istehsalçılarının proqnozlarına görə, bu ilin sonuna kimi də təxminən ötənilki səviyyədə - 78,7 milyon ədəd avtomobil satılacaq.
Məlumat üçün onu da bildirək ki, 1990-1999-cu illər ərzində dünyada orta illik avtomobil satışı 39,2 milyon, 2000-2015-ci illər ərzində isə dünyada orta illik avtomobil satışı 54,9 milyon ədəd olub. Bundan başqa 2016-cı ildə dünyada 77,3 milyon avtomobil satılıb.

DİGƏR XƏBƏRLƏR

Top