Şimali Koreyada bir qrup özünü müvəqqəti hökumət elan etdi


Şimali Koreya lideri Kim Çen Inın sui-qəsdə uğrayan qardaşı oğlunu qoruduğunu bəyan edən “Cheollima” mülki müdafiə təşkilatı (CCD) özünü Şimali Koreyanın qanuni müvəqqəti hökuməti elan edib.
Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, təşkilat ölkəni bütün pisliklərdən xilas etməyə dair and içib. Şimali Koreyadan CCD-yə sığınan insanlara yardım təklif edən təşkilat mövcud rejimi devirməyə çalışdığını açıqlayıb. 2017-ci ildə Kuala-Lumpur aeroportunda iki qadın tərəfindən zəhərlənərək öldürülən Kim Han Solun onlayn videosunu yayımlayaraq onu müdafiə etmək sözü verən CCD qrupu ilk dəfə o zaman meydana çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top