
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Cammu və Kəşmir ştatının polisi məlumat verib. Bildirilir ki, ölənlər arasında bir qadın və iki uşaq var. Hindistan tərəfi iddia edir ki, atəş zamanı 105 mm-lik haubitsa və minaatanlardan istifadə edilib. Nəticədə Salotri kəndindən bir neçə ev dağılıb.