Təhsil naziri: "Azərbaycanda müəllimlərin ixtisasartırma modulları yenilənəcək"


“Azərbaycanda müəllimlərin ixtisasartırma modulları yenilənəcək”.
Bunu təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” təhsil idarəedənlərinin respublika müşavirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni işə qəbul olunan müəllimlərin keyfiyyət göstəriciləri yüksəlib: “Müəllimlik ixtisasında oxuyan tələbələrin pedaqoji təcrübəsi ölkənin bütün ümumi təhsil müəssisələrində aparılmalıdır”.
Nazir qeyd edib ki, ötən iki ay ərzində 132 məktəbə yeni direktor təyin olunub.
O qeyd edib ki, məktəb bazasında peşə təmayülünün daha da genişlənməsi əsas prioritetlərdən biri olacaq: “Yerli təhsil idarəetmə qurumlarının hesabatlılığı artırılmalıdır. Təhsildə valideyn amilinə xüsusi diqqət yetirilməlidir. Bundan başqa, bütün ölkə boyu xüsusi istedadlı uşaqların seçimi prosesi aparılır və indiyədək 60 sinif yaradılıb və bu proses diqqət mərkəzində olacaq”. (report)

DİGƏR XƏBƏRLƏR

Top