Bakıda mer seçkiləri keçiriləcəkmi? - Eldar Əzizov münasibət bildirib


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıda və digər böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi ilə bağlı təkliflərə münasibət bildirib.

E.Əzizov deyib ki, hazırki struktur daha səmərəli fəaliyyət göstərir.

Onun sözlərinə görə, bu məsələ Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil: "Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat qanunvericiliklə tənzimlənir. Konstitusiya görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı prezidentin səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Bu, bir institutdur, meriya isə başqa institutdur. Hərəsinin öz üstünlüyü var. Hər iki institutun zəif yerləri də var. Hesab edirəm ki, hazırkı struktur daha səmərəli işləyir. Bütün ehtiyatlardan yaxşı istifadə edilərsə, nəticə əldə etmək olar". (report)

DİGƏR XƏBƏRLƏR

Top