Çin Türkiyədəki Baş Konsulluğunu bağladı


Ankara və Pekin arasındakı gərginliyin fonunda Çin, Türkiyənin qərbində-İzmir şəhərindəki Baş Konsulluğunu müvəqqəti olaraq bağlayıb.

"Çin Baş Konsulluğunun İzmirdə rəsmi açılışı 2015-ci ilin sentyabr ayında reallaşıb və o vaxtdan etibarən Çin və İzmir bölgəsi arasında əməkdaşlığın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayıb.  Çin tərəfi 2019-cu il 28 fevral tarixindən etibarən İzmirdəki Baş Konsulluğunu müvəqqəti olaraq bağlamaq qərarına gəlib və bu barədə Ankaranı məlumatlandırıb. Türkiyə tərəfi bu qərarı anlayışla qarşılayıb. İzmirdəki Baş Konsulluğun bütün diplomatik və konsulluq işləri indi Ankaradaki Çin səfirliyi tərəfindən icra ediləcək",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-də keçirilən yığıncaqda ölkəsinin Uyğur məsələsi ilə əlaqədar narahatlığını dilə gətirmiş və Çini insan hüquqlarına və dini azadlığa hörmət etməyə çağırmışdı.

Çin diplomatı isə buna cavab olaraq demişdi: "Dostlar arasında fikir ayrılıqları və anlaşılmazlıqlar ola bilər, ancaq biz onları dialoq yolu ilə həll etməliyik. Dostunu hər yerdə ictimai şəkildə tənqid etmək-bu, konstruktiv yanaşma deyil". (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top