Nazir: "Dollar kreditlərini manata çevirmiş şəxslər də prezidentin fərmanından faydalanacaqlar"


Azərbaycanda devalvasiyadan əvvəl dollarla kredit götürmüş şəxslərin nəzərəçarpacaq hissəsi sonradan həmin krediti manata çevirib.

Bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib.

"Həmin şəxslər banklardan manatla kredit alsalar da, onlar prezidentin problemli kreditlərin həll edilməsi ilə bağlı fərmanından faydalanacaqlar", - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycanda problemli kreditlərlə bağlı vəziyyətin kəskinləşməsi devalvasiya ilə bağlı olub və hazırda dövlət bu səbəbi aradan qaldırır:

"İndi sadəcə borcu əvvəlki qaydada ödəmək qalıb. Dövlət borc yükünü təxminən 50% azaldır, yəni tamamilə bağışlamır. Çünki, buna gedilsə, borc intizamı pozular, bankların problemləri kəskinləşər".

Nazirin sözlərinə görə, Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzalanmış fərmandan zaminlər də yararlana bilər.

"Ola bilsin ki, hansısa borcalan müəyyən səbəblərə görə kredit öhdəliyini yerinə yetirmək iqtidarında olmayıb. Bu zaman pul ona zamin durmuş şəxsdən tutulub. Yəni, zaminin orda əmanəti və yaxud maaş kartı olub, borc avtomobil ondan çıxılıb. Fərmanda yazılıb ki, kompensasiya borcalana ödənilir. Lakin pulu banka onun əvəzinə zamin ödəyibsə, bu zaman borcalana qarşı tələb yaranır. Hesab edirəm ki, borclanlarla zaminlərin münasibətlərinə yenidən baxmaq ehtiyacı yaranır və fərdi qaydada zaminlər məsələsinə baxıla bilər, bu məsələ ilə məşğul ola bilərik", - deyə nazir qeyd edib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top