Gürcüstan hökuməti qara rəngli avtomobillərdən imtina etməyə başladı


Gürcüstan hökuməti avtoparkında qara rəngdə olan avtomobillərin sayını azaldır.

Hökumət 180 ədəd "Pikap" markalı avtomobil alacaq.

Bununla bağlı bu gün elan olunan tenderin şərtlərinə əsasən, avtomobillər yeni və qara rəngdən başqa digər rənglərdə olmalıdır.

Alınacaq avtomobillərin ümumi dəyəri, təqribən, 12 195 000 lari (4,6 mln. dollar) olacaq.

Tenderlə bağlı təkliflər martın 5-dən 6-dək qəbul ediləcək.

Qeyd edək ki, Gürcüstan hökumətinin ötən ilin aprelində qəbul etdiyi qərara əsasən, dövlət orqanlarına qara rəngdə olan avtomobillərin alınmasına qadağa qoyulub. Qadağa yerli idarəetmə orqanlarına da şamil olunub. (Report)

DİGƏR XƏBƏRLƏR

Top