Təbrizi “Qarabağ bizimdir, bizim olacaq” şüarları bürüdü - İrana və Ermənistana SƏRT REAKSİYA - VİDEO


Ermənistann baş naziri Nikol Paşinyanın İrana səfəri çərçivəsində Tehranın “Ararat” statdionunda erməni icmasının nümayəndələri ilə görüşü zamanı baş verənlər Güney Azərbaycanda etirazla qarşılanıb.

Təbrizin “Traktor” komandası “Sepahan İsfahan” klubu ilə qarşılaşacaq. 
Hazırda stadiona yığışan azərbaycanlı azarkeşlər “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirirlər. Saytımıza göndərilən video görüntülərdə bu öz əksini tapır.
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Bulud Ələmdarın Cebhe.info-ya verdiyi məlumata görə isə Təbrizdə gənclər ermənilərin “Ararat” idman klubunun divarına “Qarabağ Azərbaycanın ayrımaz parçasıdır” şüarını yazıblar.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın Tehranda ermənilərlə görüşü zamanı qondqarma “DQR”in “bayrağı” açılmış, “Qarabağ Ermənistanındır” şüarı yazılmışdı. Güney Azərbaycandan olan fəallar isə buna cavab verəcəklərini bildirirdilər.

 

(Avropa.info)

DİGƏR XƏBƏRLƏR

Top