Çindən Türkiyəyə iqtisadi təhdid


Türkiyə Çindəki uyğur türklərinin vəziyyətini tənqid etməyə davam edərsə, Ankara Pekin ilə iqtisadi əlaqələri təhlükə altına salacaq.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Çinin Ankaradakı səfiri Denq Li deyib. Onun sözlərinə görə, Türkiyəyə böyük sərmayələr qoymaq istəyən enerji və infrastruktur şirkətləri xüsusilə bundan mənfi təsir görəcək. Səfir bildirib: “Dostlar arasında səhv anlaşma  və ya fikir ayrılıqları ola bilər. Ancaq biz bunları dialoqla həll edə bilərik. Dostunuzu cəmiyyət içində hər yerdə tənqid etmək konstruktiv davranış deyil. Əgər konstruktiv olmayan yolu seçsəniz, bu, birgə etimad və anlayışı zədələyər və bunun ticari və iqtisadi əlaqələri zərəri toxunar”.

DİGƏR XƏBƏRLƏR

Top