Bank sektorunda işləyənlərin sayı açıqlandı - ARTIB


Bu ilin yanvar ayında Azərbaycanın bank sektorunda 17 min 588 nəfər çalışıb. Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, bank sektorunda çalışan işçilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 8,5% və ya 1381 nəfər artıb.
Qeyd edək ki, ötən ilin yanvar ayında bank sektorunda işləyən işçlərin sayı 16 min 207 nəfər olub.
Onu da bildirək ki, son bir ildə bank işçilərinin sayı artsa da, bankların şöbələrinin sayı 142-dan 130-a düşüb. Eyni zamanda bank filiallarının saynda da azalma olub. Bir il əvvəl ölkədə 511 bank filialı olduğu halda bu ilin yanvar ayında bu göstərici 508-ə düşüb

DİGƏR XƏBƏRLƏR

Top