Xoşqədəmin təmtəraqlı toy etdiyi Nərmin: "Elnur məni tanımır" - VİDEO


"Səni axtarıram" proqramı vasitəsilə təmtəraqlı toy məclisləri baş tutan Elnur və Nərmin cütlüyünün qara günləri başlayıb. 


İllər öncə yaşadığı bədbəxt hadisə nəticəsində əlsiz-ayaqsız qalan Elnurun vəziyyəti yenidən pisləşib. 

Onu qollarının qalan hissəsinin kəsilmə təhlükəsi gözləyir. 

Bətnində Elnurun 4 aylıq körpəsini daşıyan Nərmin toydan sonra həyatlarının alt-üst olduğunu deyir: 

"Dedim, toy edirəm, bundan sonra həyatım yaxşı olacaq. Xoşbəxt olacam, üzüm güləcək. Əksinə toy bizə düşmədi. Xahiş edirəm, Xoşqədəm xanım, bizə hədiyyə gətirilən o qutunu buradan çıxarın. O qutunun içində cadu var. Vallah, özümüzə gələ bilmirik. Mənim yoldaşım xəstəxanalarda şaqqa-şaqqa doğranır. Dörd gündür küçələrdəyəm, gecəm-gündüzüm yoxdur. Zülm çəkirəm. 

Toydan sonra əvvəlki kimi deyib-gülmürük. Elnur məni tanımır, otağından qovur. Deyir sən kimsən? Bizə göz dəydi".

(baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top