Siyəzəndə ayaqqabı oğrusu tutuldu


Siyəzəndə mağazadan ayaqqabı oğurlayan şəxs tutulub. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin əvvəlində rayon ərazisində yerləşən Elnur Abdullayevə məxsus geyim mağazasının saxlanc yerindən 30 cüt kişi və qadın ayaqqabıları oğurlayaraq, zərərçəkənə min manata qədər maddi ziyan vurmaqda şübhəli bilinən Mais Nəzərov saxlanılıb.
Dindirilmə zaman M.Nəzərov törətdiyi əməli etiraf edib. O bildirib ki, oğurluq hadisəsini içkili halda törədib, oğurladığı ayaqqabıları Sumqayıt şəhərində dəyərindən xeyli ucuz qiymətə sataraq, əldə etdiyi pulları restoran və əyləncə mərkəzlərində xərcləyib.
M.Nəzərov əvvəllər dəfələrlə oğurluq etdiyinə görə həbs olunub.
Faktla bağlı Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top