Lukaşenko rus neftinə əvəz tapmaqla hədələdi


Əgər Minsk vergi manevri səbəbindən kompensasiyalar üzrə Rusiya ilə razılığa gələ bilməsə, digər ölkələrdən neft almağa məcbur olacaq. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O bildirib: “Rusiyalılar bizə normal münasibət bəsləyir, niyə onlara daş atmalıyıq? Bəli, aydındır ki, haradasa bizi iqtisadi cəhətdən sıxmaq, nəysə göstərmək istəyirlər, bəlkə də bu vergi manevrinə görə həqiqətən də narahatdırlar. Eybi yox, biz cari il bu 400 dolların yoxluğuna dözərik”. Prezidentin sözlərinə görə, Belarus noyabrda öz zavodlarının modernləşdirilməsini başa çatdıracaq: “Və biz kənardan neft alarıq. Bazardan neft alarıq, hazırda nə qədər istəyirsən neft var, məsələ qiymətdədir. Belarus özünün iki neft emalı zavodunu modernləşdirməyi yekunlaşdıracaq, neft emalının dərinliyi Avropa zavodlarında olduğu kimi 95 faizədək çatacaq. Bu, ucuz başa gəlmir, milyardlarla dollara başa gəlir, lakin onu qurtaracağıq. Kim bundan udacaq? Biz Belarus bazarına başqa neft gətirəcəyik. Bu, Rusiyaya lazımdır? Yox”.
 

DİGƏR XƏBƏRLƏR

Top