Venesuela Mərkəzi Bankı özünün mərkəzi ofisində iki valyutadəyişmə məntəqəsi açıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ölkədə 2003-cü ildən bəri leqal valyutadəyişmə məntəqəsi olmayıb.
Gələn həftədən etibarən ölkənin digər bölgələrində də rəsmi valyutadəyişmə məntəqələri açılacaq. Ümumilikdə Venesuela ərazisində 300-dən çox belə məntəqə açılacaq. Dollar və avronun alışıyla satışı Venesuela Mərkəzi Bankının təyin etdiyi məzənnə üzrə həyata keçiriləcək.
Qeyd edək ki, 2003-2018-ci illərdə ölkə vətəndaşları üçün valyutanın dəyişdirilməsinə məhdudiyyət qoyulmuşdu. Qanunsuz valyuta dəyişməyə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Venesuela Konstitusiya Assambleyası 2018-ci ilin avqustunda məhdudiyyətləri ləğv etmək qərarına gəlib. Məntəqənin açılması üçün lisenziyalaşdırma proseduru tətbiq edilib. Venesuela Bankı ilk olaraq bu hüququ alıb.