Minimum əməkhaqqı ilə bağlı sərəncam bu gündən qüvvəyə minir


Bu gündən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği artırılır.

Fevralın 8-də Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

Xatırladaq ki, artırılmamışdan öncə minimum əmək haqqı 130 manat idi.

DİGƏR XƏBƏRLƏR

Top