Təhsil Nazirliyi 8 Martla bağlı: “Şikayətçilər “Qaynar xətt”ə müraciət etsinlər”


Bəzi valideynlərin sosial şəbəkələrdə paylaşdığı məlumatlara görə, 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə orta məktəblərdə pul yığımına  başlanılıb.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ölkədə fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir:

“Bu halın qarşısını almaq üçün Təhsil Nazirliyinin nəzdində “Qaynar xətt” yaradılıb. Konkret faktlar olduğu təqdirdə valideynlər 146 nömrəli "Qaynar xətt" xidmətinə müraciət edə bilərlər”.

DİGƏR XƏBƏRLƏR

Top