Polşa şərq sərhədlərinin gücləndirilməsinə 43 milyard avro xərcləyəcək

 
Polşanın müdafiə naziri Mariuş Blaşak ölkə silahlı qüvvələrinin 2026-cı ilədək modernləşdirilməsi planını imzalayıb. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, plan 43 milyard avro dəyərində yeni silahların alınmasını nəzərdə tutur.
 
Onun sözlərinə görə, bu, ordunun inkişaf planı üçün rekord məbləğdir: “Ordunun modernləşdirilməsi prosesdir. Biz artıq 2034-cü ilədək olan plan üzərində işləyirik, çünki mənim qərarıma əsasən, planlaşdırma müddətini 10-dan 15 ilədək genişləndirdik. Maliyyə xərcləri artır. İmkankar getdikcə çoxalır. Təhlükəsizlik prioritetimiz olub, var və olacaq”.
 
Modernləşdirmə planı yeni təyyarə və helikopterlərin alınmasını nəzərdə tutur. Nazir qeyd edib ki, yeni silahlar əsasən ölkənin şərqində dislokasiya ediləcək, bu da həm Polşa, həm də NATO-nun şərq sərhədləri üçün strateji cəhətdən vacibdir.

DİGƏR XƏBƏRLƏR

Top