Qətər-İran-Avropa yeni optik rabitə kanalı Ermənistandan keçəcək

 
Qətər-İran-Avropa yeni optik rabitə kanalı Ermənistandan keçəcək. Bu barədə saziş Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı imzalanıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ümumdünya İnformasiya Texnologiyaları Forumunun (WITSA) təşkilat komitəsi məlumat verir.
 
Sazişi Ermənistan tərəfindən UCOM şirkətinin həmtəsisçisi Aleksandr Yesayan, İrandan rabitə nazirinin müavini, İran telekommunikasiya şirkətinin direktoru Məcid Sədri, Qətərdən “Gulf Bridge International” telekommunikasiya şirkətinin prezidenti Abdulla əl-Ruaili imzalayıb.
 
Üç ölkənin operatorları saziş çərçivəsində internet-rabitənin tranzit marşrutunun yaradılması üçün əməkdaşlıq edəcəklər. A. Yesayan bildirib ki, yeni quru xətt cari dəniz xəttinə alternativ olacaq və Azərbaycanla Türkiyədən yan keçəcək.

DİGƏR XƏBƏRLƏR

Top