Baş prokuror Netanyahuya korrupsiya ittihamı irəli sürəcək

 
İsrailin baş prokuroru və hökumətin hüquq məsələləri üzrə müşaviri Avihay Mandelblit  ölkənin Baş naziri Benyamin Netanyahuya qarşı korrupsiya işi üzrə ittiham irəli sürmək niyyətindədir. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, ittihamlar irəli sürülməzdən əvvəl mütləq məhkəməqabağı ilkin dinləmələr keçirilməlidir.
 
A.Mandelblit polisin korrupsiya, eləcə də fırıldaqçılıq və ictimai etibardan sui-istifadə işləri üzrə hökumət başçısına qarşı irəli sürülən ittihamlarla bağlı tövsiyyələrini qəbul etmək niyyətindədir. Dinləmələrdə B. Netanyahuya baş prokuroru inandırmaq üçün imkan yaradılacaq.
 
B.Netanyahunun “Likud” partiyası baş prokurorun qərarını siyasi təqib adlandırıb: “Bu təqibin əsas məqsədlərindən biri Netanyahunun başçılıq etdiyi sağ hökuməti devirmək və sol hökumət qurmaqdır”. 

DİGƏR XƏBƏRLƏR

Top