Türkiyə və Rusiya XİN başçıları Suriyadakı vəziyyəti müzakirə ediblər


Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub. 

Tərəflər Suriyadakı sülh prosesinin cari vəziyyəti, Astana formatı çərçivəsində göstərilən səylərlə bağlı fikir mübadiləsi aparıblar.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər həmçinin Suriyadakı vəziyyəti ən qısa müddət ərzində sabitləşməsi və siyasi həll prosesinə dəstək vermək üçün bu ölkədə terrorçu qruplara qarşı mübarizədə ortaq yanaşma göstəriblər.

Bununla yanaşı, iki nazir Türkiyə ilə Rusiya arasında qarşıdakı zirvə görüşləri ilə bağlı müxtəlif məsələləri də müzakirə ediblər. (report)

DİGƏR XƏBƏRLƏR

Top