Nərmin Şahmarzadə barəsində məhkəmə başlayıb - QƏRAR ELAN EDİLƏCƏK


Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid etdiyi iddia olunan Nərmin Şahmarzadə barəsində Xətai rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.Az-a vəkil Ramil Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayətinin dəlilləri araşdırılıb. 

Vəkil deyib ki, məhkəmə martın 4-də işlə bağlı qərarı elan edəcək: 

“Yəqin ki, bizim şikayətimiz baxılması üçün yenidən Xətai Rayon Məhkəməsinə göndəriləcək”.

Qeyd edək ki, N.Şahmarzadə ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edilsə də, məhkəmə işə baxmaqdan imtina etmişdi. 

Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. 

Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqəladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.

DİGƏR XƏBƏRLƏR

Top