Gürcüstan Prezidenti Qaxdakı gürcüstanlılarla görüşü çox vacib adlandırdı


Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycana səfəri çərçivəsində ölkədə yaşayan gürcüstanlı biznesmenlərlə və tələbələrlə, Gürcüstan diasporası ilə görüşüb.
Yeniavaz.com-un məlumatına görə, bu barədə S. Zurabişvili “Facebook” səhifəsində yazıb. Görüş Gürcüstanın Bakıdakı səfirliyində keçirilib. Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iştirak edib. Prezident deyib: “Hər dəfə diaspora ilə görüşmək çox xoşdur. Bakıda yaşayan gürcüstanlılara və tələbələrimizə isti qəbula, eləcə də öz eyniliklərini unutmadıqlarına görə təşəkkür edirəm. Daha bir emosional və çox vacib gün olacaq – Qaxda yaşayan gürcüstanlılarla görüşəcəyəm”.

DİGƏR XƏBƏRLƏR

Top