Ötən ay ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 88,2 milyon manat məbləğində sığorta haqqı yığılıb. Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasından açıqlanan məlumatlara istinadən bildirir ki, yığılan sığorta haqqının 65%-ni "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətləri toplayıb. "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 57,3 milyon manat olub.
Sığorta bazarında ikinci ən böyük pay sahibi "Atəşgah Həyat" və "Atəşgah" şirkətləri hesab olunur. "Atəşgah Həyat" ötən ayı 2,3 milyon manatlıq yığımla, "Atəşgah" isə 6 milyon manatlıq yığımla başa vurub. Bu şirkətlərin yığdığı sığorta haqları ümumi yığımın 9,4%-ni təşkil edib.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, sığorta bazarının 74,4%-i 2 şirkətin "Paşa" və "Atəşgah" sığorta şirkətlərinin payına düşüb.
Digər 17 şirkət arasında ən çox sığorta haqqı toplayan şirkətlərin ilk 5-liyini 6,7 milyon manatlıq yığımla "İpək Yolu Sığorta" ASC tamamlayır.
2019-cu ilin yanvar ayında sığorta şirkətləri tərəfindən hesablanmış sığorta haqları və sığorta ödənişləri belə olub:
№ | Sığortaçının adı | Sığorta Haqları | Sığorta Ödənişləri |
1 | “Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 38.1 | 19.6 |
2 | “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti | 823.4 | 669.0 |
3 | “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti | 1,997.3 | 1,471.0 |
4 | “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 2,323.4 | 1,788.2 |
5 | “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 6,031.9 | 1,801.1 |
6 | “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 849.7 | 914.2 |
7 | Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti | 1,667.4 | 802.7 |
8 | “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 419.8 | 52.8 |
9 | “AZSIĞORTA” Açıq Səhmdar Cəmiyyəti | 1,096.2 | 430.9 |
10 | “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 60.4 | 15.5 |
11 | “Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 203.6 | 188.7 |
12 | “İpək Yolu Sığorta” ASC | 6,720.6 | 30.9 |
13 | “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 2,481.0 | 213.9 |
14 | "Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti | 9.8 | - |
15 | “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 10,875.7 | 5,786.5 |
16 | “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 46,420.1 | 1,392.1 |
17 | “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti | 583.8 | 257.3 |
18 | “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 2,793.3 | 223.0 |
19 | “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 180.7 | 31.7 |
20 | “Standard Insurance” Açıq Səhmdar Cəmiyyəti | 590.4 | 291.1 |
21 | “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti | 2,028.0 | 775.6 |
YEKUN | 88,194.6 | 17,155.8 |