Tramp və Kim Çen In saziş imzalamadılar və naharı ləğv etdilər


ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In Vyetnamın paytaxtı Hanoyda tərəflər arasında keçirilmiş ikinci sammitdə heç bir saziş imzalamayıblar.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Sara Sanders deyib. Onun sözlərinə görə, ABŞ və Şimali Koreya liderləri Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə ediblər: “Hazırda saziş əldə olunmayıb, lakin iki ölkənin nümayəndə heyəti gəəcəkdə yeni görüşləri səbirsizliklə gözləyir”.
S. Sanders D. Tramp və K.Ç. In arasında görüşü çox yaxşı və konstruktiv kimi qiymətləndirib. İki lider danışıqları planlaşdırılandan tez başa çatdırıb. İkitərəfli sazişin imzalanması mərasimi və birgə işgüzar nahar ləğv edilib.

DİGƏR XƏBƏRLƏR

Top