El-Klassikolarda ən çox kim qalib gəlib?


Dünən İspaniya Kral Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən "Real Madrid" "Barselona" görüşü İspaniya futbol tarxindində 241-ci El-Klassiko kimi yadda qalıb.
Yeniavaz.com xəbər verir ki, keçirilən 241 qarşılaşmadan tərfələr hərəyə 95 qalibiyyətlə ayrılıb. 51 matç isə bərabərliklə yekunlaşıb. Bu oyunlarda 801 qol vurulub. Qollardan 403-ü "Real Madrid"in, 398-i isə "Barselona"nın aktivindədir. Qeyd edək ki, yarımfinal qarşılaşmasında "Barselona" "Real Madrid"i 0-3 hesabı ilə məğlub edib. İlk görüş isə 1-1 yekunlaşıb. İki oyunun nəticəsinə əsasən "Barselona" adını finala yazdırıb.

DİGƏR XƏBƏRLƏR

Top