Deputat Paşinyanın paylaşdığı fotoya etiraz etdi


Prezident Həsən Ruhaninin dəvəti ilə İranda rəsmi səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan İslam Respublikasında erməni cəmiyyəti ilə görüşüb.

Yeniavaz.com 
xəbər verir ki, o, İranda “Ararat” klubunda baş tutan görüşdə selfi çəkdirərək feysbuk hesabında paylaşıb. 

Fotoda diqqət çəkən məqam isə qondarma Dağlıq Qarabağın bayrağının üzərində “Qarabağ Ermənistanındır” şüarının yazılması olub. 

Millət vəkili Fazil Mustafa da məsələyə biganə qalmayıb. 

Deputat bildirib ki, İranda Ermənistanın baş naziri Nikol Paşinyanın ermənilərlə görüşündə açıq-aşkar qaldırılan şüara İran rəsmiləri mütləq açıqlıq gətirməlidirlər: “Həmin plakatda “Qarabağ Ermənistanındır!” yazılması heç şübhəsiz ki, İran hakimiyyətinin razılığı ilə baş verib. Bununla İran, Azərbaycan ərazilərinin işğal olunmasına loyal münasibətini ortaya qoymuş olur. Biz İrana qarşı sanksiyallara qarşı çıxdığımız halda, İranın Azərbaycana münasibətdə bu cür qonşuluq prinsiplərinə uyğun gəlməyən davranışına qarşı sözümüzü açıq şəkildə deməliyik. Doğrudur, bu cavablar Azərbaycanda bir çox İran sevdalılarının xoşuna gəlməyəcək, ancaq müstəqil dövlətimizin qırmızı cizgisini tapdalayanlara qarşı həm Güney Azərbaycandakı soydaşlarımız, həm də Müstəqil Azərbaycandakı vətəndaşlarımız bütün platformalarda sərt cavab verməlidirlər.

Biz İran-Ermənistan münasibətlərinə qarışmırıq, özünü müsəlman adlandıranların ermənilərə sevgisinə də bir söz demirik, lakin Azərbaycanın ərazi bütövlüyümüzü təhdid edən və rəsmi Tehran tərəfindən dəstəklənən bu siyasi tərbiyəsizliyə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq”.

DİGƏR XƏBƏRLƏR

Top