Yolu keçmək istəyən ana və qızını maşın vurub


Bakıda avtomobil iki piyadanı vurub. 

Hadisə Xəzər rayonunda baş verib. Belə ki, Binə qəsəbəsində yolu keçmək istəyən Yahyayeva Yasəmən və onun qızı, 4 yaşlı Yahyayeva Rövşanə Rövşən qızını taksi kimi fəaliyyət göstərən "VAZ 2107" markalı avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, Yasəmən Yahyayeva komaya düşüb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. (ONA)

DİGƏR XƏBƏRLƏR

Top