Ukrayna Azərbaycana yeni səfir təyin edib


Ukrayna prezidenti Petro Poroşenko Vladislav Kanevskini Azərbaycana yeni səfir təyin edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, dövlət başçısı çərşənbə günü təyinatla bağlı fərman imzalayıb.

Vladislav Kanevski əvvəllər Ukrayna Xarici İşlər Nazirliyi Katibliyi Departamentinin Təhlil və Planlaşdırma şöbəsinin müdiri - Departament direktorunun müavini vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top