Ukrayna “Evrovision-2019”da iştirakdan imtina etdi


Ukrayna "Avroviziya-2019" beynəlxalq mahnı yarışmasında iştirakdan imtina etdi. 

Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Milli Teleradio şirkəti məlumat yayıb: Buna səbəb İctimai Yayım Şurası milli seçim turunun 4 finalçısının müsabiqədə iştirak etməkdən imtina etməsi olmuşdu. Belə ki, seçimdə birinci yeri tutan müğənni Maruvun Rusiyaya qastrol səfəri təşkil etməsi ukraynalıların etirazına səbəb olmuşdu. Maruv qastrol səfərini ləğv etməyə hazır olduğunu desə də,, daha sonra müğənni Milli Teleradio şirkəti ilə müqavilədə razılığa gələ bilməyiblər. İkinci və üçüncü yerləri tutan "Freedom Jazz" və KAZKA qrupları da Maruvu əvəz etməyi qəbul etmək istəməyiblər. Dördüncü finalist “Brunnetes Shoot Blondes” qrupu da müsabiqəyə getməyəcəyini açıqlayıb. 

Milli Teleradio şirkəti iştirakçıların imtina cavabından sonra rəsmi açıqlama yayıb: “İctimai Yayım Şurası milli seçim turundan olmayan istənilən ifaçını seçə bilərdi. Lakin bu alternativdən imtina edildi, çünki tamaşaçıların milli seçimlərdəki qərarlarına hörmətlə yanaşılır”. 

DİGƏR XƏBƏRLƏR

Top