İcra başçısı: "Yaxın vaxtlarda Mingəçevirdə 7-8 min nəfər işlə təmin olunacaq"


İcra başçısı: "Yaxın vaxtlarda Mingəçevirdə 7-8 min nəfər işlə təmin olunacaq". Bu sözləri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə keçirdiyi səyyar görüşdə bildirib.
Başçısının növbəti görüşü şəhərin M.Ə.Sabir, Şəhriyar, M.Maqomayev adına küçələrin sakinləri ilə olub. İ.İsmayılov əvvəcə şəhərdə həyata keçirilən  mühüm tədbirlərdən və bu məqsədlə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən bəhs edib. İcra başçısı bildirdi ki, artıq Mingəçevirdə yaşıllıqların suvarılması ilə bağlı problem olmayacaq.  Onun sözlərinə görə, bundan sonra "Azərsu" ASC köhnə su xətti ilə şəhərin yaşıllıqlarını suvaracaq. Mingəçevirdə tikiləcək xalça fabrikində 165 qadın çalışacaq. Tezliklə şəhərdə Sənaye Parkının tikintisinə başlanılacaq. Burada 9 fabrik işə düşəcək və bu müəsisələrdə 7-8 min nəfər işlə təmin olunacaq.

Sonra sakinlər mövcud olan problemlərdən söz açıblar. İlham İsmayılov cavab olaraq bildirib ki, əhalini narahat edən problemlər mərhələ-mərhələ öz həllini tapacaq.
 İcra başçısı bütün çıxışları dinlədikdən sonra idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verib. Esmira Hidayətova, Mingəçevir.
 

DİGƏR XƏBƏRLƏR

Top