900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib - NAZİR AÇIQLADI


Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6 minə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib. 

Məhkəmə Hüquq Şurasından verilən məlumata görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov Şuranın iclasda deyib.

O bildirib ki,4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb. Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb və artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.(lent.az)

DİGƏR XƏBƏRLƏR

Top