Region ölkələri arasında ən bahalı uşaq bağçaları Rusiyada fəaliyyət göstərirlər. Yeniavaz.com məşhur "numbeo" portalında yer alan məlumatlara istinadən bildirir ki, Rusiyada valideyinlərin tam gün üçün nəzərdə tutulan uşaq bağçalarına ödədiyi orta aylıq məbləğ 288 dollara bərabərdir.
Region ölkələri arasında Rusiyadan sonra ən bahalı uşaq bağçaları Türkiyədə fəaliyyət göstərirlər. Bu ölkədə tam gün üçün nəzərdə tutulan uşaq bağçalarında orta aylıq ödəniş 262 dollar təşkil edir.
Türkiyədən sonra ən baha uşaq bağçaları Azərbaycanda yerləşir. Azərbaycanda tam gün üçün nəzərdə tutulan uşaq bağçalarında orta aylıq xidmət haqqı 210 dollara bərabərdir.
Digər region ölkələrində isə tam gün üçün nəzərdə tutulan uşaq bağçalarının qiyməti belə olub:
ÖLKƏLƏR | Orta aylıq ödəniş |
Rusiya | 288 dollar |
Türkiyə | 262 dollar |
Azərbaycan | 210 dollar |
Moldova | 195 dollar |
Ukrayna | 182 dollar |
Qazaxıstan | 154 dollar |
Ermənistan | 154 dollar |
İran | 147 dollar |
Gürcüstan | 107 dollar |