Ombudsman: “Ünvanlı sosial yardımla bağlı bəzi problemlər qalmaqdadır”


“Ünvanlı dövlət sosial yardımı almaq hüququnun təmin edilməsi ilə bağlı qəbul edilən qanunvericilik aktlarının tətbiqi prosesində aşkar edilən çatışmazlıqlar davamlı olaraq təkmilləşdirilməkdədir”. 

Bu barədə Ombudsman Elmira Süleymanovanın 2018-ci il üzrə illik məruzəsində bildirilib.

Qeyd olunub ki, ailə təmsilçilərinə fərdi kommunikasiya vasitələrindən və infoköşklərdən istifadə etməklə müraciət etmək imkanı yaradılıb: “Buna baxmayaraq, süründürməçilik və pozuntularla bağlı şikayətlərin təhlili göstərir ki, bu sahədə bəzi problemlər hələ də qalmaqdadır”.

Bildirilib ki,  ötən il Müvəkkilin tapşırığına əsasən, Milli Preventiv Qrupun üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar, pensiya yaşına çatan, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə baş çəkib, saxlanma şəraiti və qidalanma məsələlərini araşdırıb, sakinlərlə görüşüb, bir qayda olaraq, rəftar və şərait qənaətbəxş qiymətləndirilib, bir sıra tövsiyələr verilib: “Şikayətlərin təhlil nəticəsində bu hüququn daha səmərəli təmin edilməsi məqsədilə Müvəkkil tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib”.(report)

DİGƏR XƏBƏRLƏR

Top