Bu şəhərdə təbii xəz geyimlərinin satışı qadağan olunacaq


2021-ci ildən etibarən ABŞ-ın Los Anceles şəhərində təbii xəz geyim və aksesuarlarının istehsalı və satışı qadağan olunacaq.

Bu barədə Şəhər Şurasının qərarında deyilir.

Bununla da Los Anceles təbii xəzin satışını qadağan edən ABŞ-ın ən iri şəhəri olacaq.

Qeyd edək ki, statistik məlumatlara əsasən 2014-cü ildə xəz məmulatlarının dünya bazarında satışından 35,8 milyard dollar gəlir əldə olunub. Ancaq son illərdə “Versace”, “Gucci”, “Tommy Hilfiger” şirkətlər təbii xəzdən imtina edərək süni xəzdən geyimlərə üstünlük verir.(trend)

DİGƏR XƏBƏRLƏR

Top