Ruhani Cavad Zərifə etimaddan danışdı


Ölkə rəhbərliyi, o cümlədən ali dini lider Əli Xamenei xarici işlər naziri Məhəmməd Cavad Zərifə etibar edir. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani xarici işlər nazirinə yazdığı məktubda deyib. O bildirib: “Zərif mənim və İran İslam Respublikasının, xüsusən də ali dini liderin etimadını qazanıb”. Xatırladaq ki, M.C.Zərif fevralın 25-də tutduğu vəzifədən istefa verib. Lakin H. Ruhani onun istefasını qəbul etməyib.

DİGƏR XƏBƏRLƏR

Top