“WhatsApp” yeni qadağa gətirdi

 
“WhatsApp” messencerdə çaxnaşma və şayiələrin yayılması ilə mübarizə aparmağa davam edir. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunun qarşısını almaq üçün daha bir qadağanı həyata keçiriblər. Belə ki, indi istifadəçini onun razılığı olmadan qrupa əlavə etmək olmaz. Yeni funksiya tənzimləmədə qeyd ediləcək, burada kimin istifadəçini qrupa əlavə etmək hüququ olduğu göstəriləcək: hər kəs, əlaqə siyahısındakı abonentlər və ya heç kəs. Sonuncu seçim halında istifadəçi sorğu alacaq, onu qəbul etmək, yaxud rədd etmək mümkündür. Dəyişikliləri ilk olaraq “WhatsApp”ın “Android” istifadəçiləri görəcəklər, sonradan yenilik “iOS” üçün tətbiq versiyasında reallaşdırılacaq. 

DİGƏR XƏBƏRLƏR

Top