“Yeşilçam” ulduzu Aytaç Arman 70 yaşında dünyasını dəyişib.
Yeniavaz.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktyor Maltəpə İstanbul Onkologiya Xəstəxanasında vəfat edib.
Armanla vida mərasimi sabah keçiriləcək. Aktyor daha sonra doğulduğu Adana şəhərində torpağa tapşırılacaq.