Mingəçevirdə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi yad edilib


Fevralın 26-da Şəhidlər xiyabanında Xocalı faciəsinin 27-cı ildönümü münasibətilə təşkil olunan anım mərasiminə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Mingəçevirdə məskunlaşmış xocalı sakinləri, mətbuat və KİV-ni təmsil edən nümayəndələr gəlmişdilər.
Anım günü tədbrində Xocalı şəhidlərinin və ümumən Azərbaycan şəhidlərinin ruhuna dualar oxundu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Xocalı soyqırımı ilə bağlı fikirlərini açıqladı, şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.
Xocalı sakinlərindən Göyüş Həsənov və digər çıxış edənlər Xocalıda baş verən hadisələrə, o qanlı gecədə insanların düşdükləri əzab-əziyyətlərə toxunaraq bu hadisəni XX əsrin ən qanlı faciəsi kimi dilə gətirdilər. Əminliklə vurğuladılar ki, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Xocalı şəhidlərinin və ümumən şəhidlərimizin qanı yerdə qalmayacaq, Azərbaycan torpaqları tezliklə düşmən tapdağından azad ediləcək. O gün uzaqda deyil. Daha sonra Turizm Kollecinin tələbələrinin ifasında kompozisiya nümayiş olunub.
Sonda soyqırım abidəsi önünə gül dəstələri qoyuldu.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top