Dünyanın ən sağlam ölkələri - REYTİNQ

 
İspaniya “Bloomberg” agentliyinin əhalinin sağlamlıq səviyyəsi üzrə tərtib etdiyi reytinqdə birinci yeri tutub. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, “Bloomberg Global Health Index” adlı reytinq Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Əhali şöbəsi və Dünya Bankının məlumatlarına əsaslanır.
 
O, 169 ölkəni əhatə edir. Ömrün uzunluğu, siqaret çəkməklə və piylənmə ilə mübarizə tədbirləri, təmiz suya və tibbə çıxış, ekoloji vəziyyət kimi göstəricilər nəzərə alınıb.
 
İspaniya 2017-ci il tarixli əvvəlki reytinqlə müqayisədə altı pillə irəliləyərək İtaliyanı ikinci yerə salıb. Bu ölkələrin ən sağlam ölkələr siyahısına başçılıq etməsində Aralıq dənizi pəhrizi heç də az rol oynamır. Belə ki, həmin ölkələrin sakinlər ürək-damar xəstəliklərindən daha az əziyyət çəkir.
 
Üçüncü pillədə İslandiya qərarlaşıb. İlk onluğa, həmçinin Yaponiya, İsveçrə, İsveç, Avstraliya, Sinqapur, Norveç və İsrail daxil olub. 

DİGƏR XƏBƏRLƏR

Top