ABŞ Maduronu dəstəkləyən ölkələri təcridlə hədələdi

 
ABŞ Maduro rejiminə qarşı yeni sanksiyalar tətbiq edəcək. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Kolumbiyada Lima qrupu qarşısında çıxış edərkən deyib.
 
O, region ölkələrini PDVSA-nın aktivlərini dondurmağa və Venesuelanın vəsaitlərini Xuan Quaidoya verməyə çağırıb, eləcə də bununla razı olmayan ölkələri təcridlə hədələyib: “Prezident Tramp burada olmağımı və sadə məlumatı verməyimi xahiş edib: biz 100 faiz sizinləyik. Azadlıq bərpa olunmayanadək yolumuzdan dönməyəcəyik”.
 
M. Pens bildirib ki, tiran (Maduro) əlaltıları yük maşınlarını yandıranda mülki vətəndaşları öldürəndə Karakasda rəqs edib: “Maduro getməlidir. ABŞ Venesuelaya və qaçqınları qəbul edən qonşu ölkələrə humanitar yardım göstərməyə davam edəcək. Amerika Kolumbiya hökuməti ilə birlikdə Venesuela ilə sərhəddə yeni yerlər müəyyənləşdirəcək və oralara humanitar yardımı yerləşdirəcək”.
 
Onun sözlərinə görə, ABŞ, həmçinin Maduroya və onun yaxın ətrafına qarşı sanksiyaları gücləndirəcək: “Bazar ertəsi rejimin dörd nümayəndəsi sanksiya siyahısına salınıb. Oraya, o cümlədən humaniyat yardımı buraxmayan üç sərhədyanı vilayətin qubernatoru daxil edilib. Biz sülh nizamlanmasına ümid edirik, lakin Prezident Tramp aydın başa saldı ki, bütün variantlar stol üzərindədir.

DİGƏR XƏBƏRLƏR

Top