Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Misirdə mətbuat konfransı zamanı çıxışını yarımçıq saxlayıb.
Buna onun telefonuna gələn zəng səbəb olub.
O jurnalistlərə həyat yoldaşının zəng etdiyini deyib: “üzr istəyirəm, arvadım zəng edir”. Yunkerin bu sözü zaldakı jurnalistlərin gülüşünə səbəb olub.
Qeyd edək ki, Misirin Şarm-əş-Şeyx şəhərində Ərəb Dövlətləri Liqası və Avropa İttifaqının ilk birgə sammiti davam edir. (Trend)