Bakı şəhərinin 12 rayonu üzrə qəsəbədaxili yollarda təmir aparılacaq - VİDEO

Əsas qüvvələrimiz Bakı şəhərinin 12 rayonu üzrə qəsəbədaxılı, məhlə və ara yolların yenidən qurulmasına səfərbər olunub. Ümumilikdə, 130 km-dən çox qəsəbədaxılı yolun təmir-bərpa işləri nəzərdə tutulub.

Bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qrum rəsminin sözlərinə görə, təmir işləri bütün yollarda kompleks şəkildə həyata keçirilir. Xəzər və Binəqədi rayonları ərazisində isə bu işlər daha intensiv şəkildədir.

Hazırda Sabunçu rayonu Bakıxanov qəsəbəsi ilə Suraxanı rayonun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolunda təmir-bərpa işləri aparılır. Sözügedən yolun uzunluğu 51 km, eni 20 m-dir.

DİGƏR XƏBƏRLƏR

Top